Canet Yellen açıqladı: FED uçot dərəcəsini artıracaq

Canet Yellen açıqladı: FED uçot dərəcəsini artıracaq

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq. "APA-Economics"-in xəbərinə görə, bu barədə FED-in rəhbəri Canet Yellen bildirib. "Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa uçot dərəcəsinin artırılması labüdləşəcək"", deyə C.Yellen vurğulayıb. Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə