"Günəşli" yatağındakı 7 nömrəli dərin dəniz özülündən 318 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, fasilə Lay Dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 2816-2778 metr intervaldan sutkalıq 63 ton neft və 9000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB