Nar məhsulları və enerji şirələri "Made in Azerbaijan" - SƏS TV
"Azərsun Holdinq" Şirkətlər Qrupu bir neçə yeni məhsulunu "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxarmağa hazırlaşır. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə "Azərsun Holdinq"in rəhbəri Abdulbari Gözəl məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə dair işlər aparılır: "Artıq bizim istehsal etdiyimiz "Azerçay" brendi dünyada tanınır. Bu yaxınlarda Fransadan bir xanım "Azerçay"ı Almaniyada gördüyünü və çox bəyəndiyini yazmışdı. Ünvanını göndərərək ödəniş etməklə həmin çaydan ona göndərməyimizi xahiş etmişdi. "Azerçay" bir sıra ölkələrdə Türkiyə, Almaniya, Rusiyada satışda var. Bundan əlavə, 200 hektar sahədə 200 minədək meyvə ağacı əkilib. "Made in Azerbaijan" brendi ilə xarici bazarlara çıxaracağımız yeni məhsullar nar məhsulları və enerji şirələridir. Hesab edirəm ki, nar məhsullarının dünyada tanınması üçün əsaslı şəkildə iş aparılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB