Səfir: “İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır"

Səfir: “İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır"

"Bu il İtaliya ilə Azərvaycan araaında ticarət dövriyyəsində ciddi azalma müşahidə olunur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İtaliyanın Azərbaycandakı səfiri Campaoli Kutilo deyib. O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin ilk altı ayında 50 faiz azalma qeydə alınıb. Diplomatın sözlərinə görə, Azərbaycandakı ümumi iqtisadi durumla və neftin qiyməti ilə əlaqədar olaraq bu azalma əvvəlcədən proqnozlaşdırılırdı: "Cari ilin ikinci yarısında biz vəziyyətin bərpa olunacağını gözləyirik. Lakin İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır".

C. Kutilo TAP layihəsinin icrasına da toxunub və əlavə edib ki, Yunanıstan və Albaniyadan sonra mayda İtaliyada da müəyən işlərə başlanılıb, tezliklə sahildə və dənizdə işlərin sürətlə davam etməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə