2016-nın səsverməsi başlayır

Bu gün (21 yanvar) Caspian Energy İnternational Media Group-un Direktorlar Şurasının toplantısı keçirilib. SİA-nın xəbərinə görə, iclasın yekununda əvvəllər məşhur Brand Award Azerbaijan, Brand Award Kazakhstan, Brand Award Russia, Brand Award Georgia, Brand Award Turkey və Brand Award EU mükafatlarının da daxil olduğu Caspian Brand Award – 2016 beynəlxalq mükafatının 50-dən çox ölkədə keçirilməsi barədə qərar qəbul olunub. Toplantıda həmçinin mükafatın yeni loqotipi təsdiq edilib.

Caspian Brand Award - 2016 beynəlxalq mükafatı üzrə internet səsverməsi prosesi 2016-cı il yanvarın 25-də www.BrandAward.org saytında start götürəcək. Online səsvermə açıq rejimdə keçiriləcək. Eyni İP ünvanından gün ərzində yalnız bir səs qəbul olunacaq. Səsvermənin nəticəsi 2016-cı il mayın 25-də açıqlanacaq.

Caspian European Club-un (Caspian Business Club) bütün üzv şirkətləri Caspian Brand Award – 2016 beynəlxalq mükafatında iştirak etmək hüququ qazanacaq.

Hər bir şirkət Caspian European Club-da (Caspian Business Club) iştirak statusundan asılı olaraq, səsvermədə ödənişsiz əsaslarla 1-dən 25-dək brend irəli sürmək imkanı əldə edəcək. Hər brendin eyni vaxtda maksimum 5 nominasiyada iştirak etmək hüququ var.

Səsvermə prosesində qalib gəlmək üçün brend ən azı 5 min səs toplamalıdır. Eyni nominasiyada bir neçə brend 5 min və daha artıq səs yığarsa, üstünlük maksimal sayda səs toplamış brendə veriləcək.

Caspian European Club-un (Caspian Business Club) üzv şirkətləri üçün səsvermədə qalib gələn brendə görə heç bir əlavə təşkilati ödəniş nəzərdə tutulmayıb.

Bundan əlavə, iclas zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group-un bir sıra digər layihələrinin rebrendinqi barədə qərar qəbul olunub.

Bununla yanaşı, Caspian Energy CEO jurnalının adının Caspian Business journal adı ilə, həmçinin səsverməsi 2015-ci il dekabrın 1-də başlamış (www.Award.CEO) Caspian Energy CEO Award beynəlxalq mükafatının Caspian Business Award adı ilə əvəzlənməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə