"Azərbaycan neft gəlirlərindən ən gözəl istifadə edən ölkədir. Azərbaycan heç vaxt israfçılığa yol verməyib. Məktəblər, baxçalar, xəstəxanalar tikilib, infrastruktur yaradılıb, iş yerləri açılıb. Həmçinin qeyri-neft sektoru inkişaf edib. Neft strategiyasından çox yaxşı istifadə etmişik". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlarlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında manatın devalvasiyası ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib.
O bildirib ki, Mərkəzi Bank hər dəfə manatın məzənnəsinin sabit saxlanılması üçün 2 milyard vəsait xərclədiyini elan edib: "Bunu etməkdənsə, həmin vəsaiti vətəndaşların problemlərinin həll edilməsinə xərcləyərdi. Yəni, bütün problemləri Mərkəzi Bank həll etməlidir. Çünki banklar öz potensialından kifayət qədər istifadə edə bilərlər. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB