Dünya birjalarında neftin qiyməti

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 46,19 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 0,40 dollar bahalaşaraq 48,83 dollar olub.

Qeyd edək ki, London birjasında "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 49,41 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə