Bu gün Siğorta Agentlərinin III Milli Forumu keçirilib. SİA-nın məlumatına görə, Forumda sonuncu dəfə 2013-cü ilin Dekabr ayında keçirilən forumdan bu günə qədər keçən müddətdə ölkədə siğortaçılıqda əldə edilən yeniliklər haqqında mühazirələr oxunub. Belə ki, Dövlət Siğorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İstrafilov "Siğorta agnetlərinin fəaliyyətləri ilə bağlı mövcud problemlər" haqqında mühazirə oxuyub. Müşfiq İsrafilov aeyd edib ki, artıq siğorta agentliyinin qurulması ilə bağlı 60-da çox hüquqi şəxsə lisenziya verilib. Bu günə qədər 800-dən çox siğorta agentliyinin hesabatı dövlətə təqdim olunsa da, artıq sonuncu rübdə bu sayın azaldığı müşahidə edilib ki, bu da həmin agentliklərin məsuliyyətsiz yanaşmalarından irəli gəlir.
Daha sonra çıxış edən Dövlət Siğorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, Ərizə və Şikayətlərə Baxılması Şöbəsinin müdiri Mahir Abdullayev isə, siğortaçılıqla məşğul olmaq istəyən şəxslərə dövlət tərəfindən icazələri verilməsi haqqında məlumat verib. O, həmçinin saxta siğorta agentliyi ilə məşğul olan şəxslər haqqında da danışıb. Vurğulayıb ki, əgər qanunsuz fəaliyyət göstərən siğorta agentliyi olarsa və cinayət nəticəsində hər hansı bir şəxsə 1000 manatdan artıq ziyan vurularsa, bu vaxt həmin agentliyin rəhbəri cinayət məsuliyyətinə cəlb olunur. Əgər şəxslər lisenziya əldə etmədən vətəndaşa siğorta agnetliyi adı ilə külli miqdarda zərər verərsə, bu vaxt həmin saxta agentlik vurulan cəzanın 3 dəfə artığını ödəməklə bərabər, rəhbərlik 1 ildən 5 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Forumun davamında digər siğorta agentliklərinin nümayəndələri çıxış edərək, Azərbaycanda icbari siğorta haqqında qanunun qəbulundan sonra bu sahədə baş verən dəyişikliklər haqqında məlumat veriblər, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB