"A95 benzini ölkədə istifadə olunan benzinin 6 faizini təşkil edir". Bu sözləri açıqlamasında SOCAR-ın vitse-prezidenti Davud Məmmədov deyib.
Onun sözlərinə görə, neft emalı zavodunda yenidənqurma işləri bitdikdən sonra idxal dayandırılacaq: "Hazırda daxildə istehsal olunan benzin ölkəni tam təmin edə bilmir. Biz neft emalı zavodunda yenidənqurma işlərinə başlayacağıq. Bu işlər təxminən 2018-2019-cu illərdə yekunlaşacaq. Bundan sonra ölkədə Avro-5 standartına uyğun benzin istehsalı reallaşacaq. Belə olan təqdirdə də benzinin qiymətlərində eniş ola bilər. Çünki xaricdən aldığımız benzinlə daxildə istehsal olunan benzinin qiyməti arasında fərq olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB