ARDNŞ ödənişləri azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 118 milyon 502 min manat vəsait ödənilib. Bu barədə SİA ARDNŞ-ın saytına istinadən məlumat verir. Bu, ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 55,08 milyon manat (31,7 faiz) azdır.

Bundan əlavə, cari ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 931 min manat (11,9 faiz az) vəsait köçürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə