Dünya bazarlarında neftin qiyməti sürətlə artır- dünəndən bu günə qiymət 4 % həddində artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərracların nəticələri neftin qiymətində əks prosesin başladığını göstərir. Saat 14.09 üçün ICE London birjasının hərraclarında Brent markalı neftin qiyməti 3,27% artaraq 1 barelə görə 63,17 dollar həddinə yüksəlib. Nyu-York birjasında WTI markalı neftin qiyməti 3,51% bahalaşaraq 1 barrel üçün 58,45 təşkil edib. Birjalarda səhər saatlarında neftin qiymətinin azalmasından sonra günorta saatlarında neft qiymətlərində artım başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB