Azərbaycan Qazaxıstana benzin satacaq?

ARDNŞ: "Bizdə ixrac etmək üçün artıq benzin yoxdur"
Azərbaycan Qazaxıstana benzin satacaq?

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Qazaxıstana avtomobil benzinini ixrac etməyi planlaşdırmır". Məlumata görə, bu barədə "Vestnik Kavkaz" saytı məlumat yayıb.

Məlumata görə, ARDNŞ-dən bildirilib ki, hazırda daxili tələbatın neft məhsulları ilə təmin olunması şirkətin əsas prioritetidir: "Qazaxstan tərəfi bizə belə təkliflə müraciət edib, amma bizdə ixrac etmək üçün artıq benzin yoxdur. Benzin ixracı yalnız Azərbaycandakı yerli tələbat tam ödəndikdən sonra, artıq qalacağı təqdirdə mümkün ola bilr. Amma bu gün normadan artıq həcmdə benzin istehsalımız yoxdur. Ölkədə praktiki olaraq bütün istehsal edilən benzin daxili bazarın tələbatını ödəməyə yönəldilib", - deyə ARDNŞ-dən bildirilib.

Qeyd edək ki, bir müddət öncə Qazaxıstanın Azərbaycandan benzin alacağı ilə bağlı aidiyyatı şirkətlər arasında razılıq əldə edilmişdi. Qazaxıstan energetika nazirinin birinci müavini Uzakbay Karabalin bu barədə mətbuata məlumat vermişdi. /anspress/

Bütün xəbərlər Facebook səhifəmizdə