Rusiyanın neftin qiymətindəki enməyə uzun müddət tab gətirə biləcəyi qeyd olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, neftin qiyməti istehsalatda ortaya çıxan məhsul artıqlığı, Asiya və Avropada ləngiyən iqtisadi böyümə səbəbi ilə son 4 ilin ən aşağı səviyyəsinə düşüb. Nəticədə, hazırda neftin bir barelinin qiyməti dünya bazarında 85 dollar səviyyəsindədir. Rusiyanın paytaxtı Moskvada yerləşən Enerji və Maliyyə İnstitutunun iqtisadiyyat bölməsinin rəhbəri Marsel Salikov bildirib ki, Rusiya iqtisadiyyatı neft qiymətlərinə böyük həcmdə bağlıdır: "Yenə də Rusiya iqtisadiyyatı təhlükə altında deyil. Çünki bu il 30 milyard dollar dəyərində büdcə artığı var. Bundan başqa, Rusiya Ehtiyat və Milli Rifah Fondunda təxmini 200 milyard dollar saxlanır. Rusiya, neftin qiymətinin 80 – 90 dollar səviyyəsində olacağı təqdirdə bununla mübarizə apara biləcək".
Səudiyyə Ərəbistanı və ABŞ-ın Rusiyanı Ukraynadakı hadisələrdən dolayı cəzalandırmaq üçün neftin qiymətini aşağı endirdiyi iddiasına inanmadığını bildirən Salikov, sözlərinə bunları əlavə edib: "Səudiyyə Ərəbistanı dünya neft bazarını tək başına dəyişdirə bilməz. Lakin öz strategiyasını yeni dəyişikliklərə uyğunlaşdırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB