Azərbaycanın Milli Peyk Operatoru "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb. SİA-nın xəbərinə görə, müqavilələr yerli "Bestcomp Group" və "Maybo" şirkətləri ilə bağlanılıb.
Ümumi dəyəri 49 min manata yaxın olan "Bestcomp Group" şirkəti ilə imzalanan müqavilə "Azərkosmos"un kompüter və kompüter avadanlıqları ilə təchiz edilməsini nəzərdə tutur. "Azərkosmos"un "Maybo" şirkəti ilə bağladığı müqavilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerüstü sistemləri üçün ehtiyat avadanlıqlarının satın alınmasını ehtiva edir.
Müqavilənin ümumi dəyəri 49 min manat civarındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB