“Günəşli” yatağından sutkada 150 min kubmetr qaz hasil olunur

“Günəşli” yatağından sutkada 150 min kubmetr qaz hasil olunur

"Günəşli" yatağındakı 6 nömrəli dərin dəniz özülündəki 70 nömrəli quyu aparılan geoloji tədbirlərdən sonra istismara verilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, yeni quyudan sutkada 150 min kubmetr qaz hasil olunur. Quyuda istismar işləri "28 May" neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə