Bu gün Bakı Biznes Mərkəzində Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində "Savab Dünyası" Talassemiya Assosiasiyasının təşəbbüsünə qoşularaq İqtisadiyyat və Sənaye Nazirliyi talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası keçirib.
SİA-ya verilən məlumata görə, aksiyada İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatının əməkdaşları qan veriblər. Müəyyənləşdirilmiş qrafik üzrə Nazirliyin digər qurumlarında da qanvermə aksiyası keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl də İqtisadiyyat və Sənaye Nazirliyi Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq qanvermə aksiyası təşkil edib. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB