Sənaye ili ilə əlaqədar olaraq 300-ə yaxın yeni standart qəbul olunacaq
"Ölkə rəhbəri tərəfindən 2014-cü ilin Sənaye ili elan olunması nəzərə alınaraq Dövlət Proqramı hazırlanıb. Təbii ki, proqramın icrası zamanı sənaye sahələri ilə bağlı standartların qəbulu və tətbiqi ilə bağlı rəhbərlik etdiyim komitənin də üzərinə düşən müəyyən işlər artıq görülüb". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, Standartlaşma İnstitutunun müvafiq proqramına əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ötən ay Sumqayıt Sənaye Parkında müvafiq texniki komitə yaradıb: "Komitənin planına uyğun olaraq, Standartlaşma İnstitutu tərəfindən 300-ə yaxın standartın qəbulu və tətbiqi aparılacaq. Bu standartlar əsasən, sənaye, qida, energetika və neft-kimya sahələri üzrə nəzərdə tutub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB