“28 May” metrosunda işıqların sönməsinin səbəbi məlum oldu

“28 May” metrosunda işıqların sönməsinin səbəbi məlum oldu

"Hər zaman olduğu kimi, bəzi saytlar bir sıra məlumatları çox şişirdirlər. Məsələ ilə bağlı dispetçerlə əlaqə saxlanılıb və məlum olub ki, tuneldəki gərginliklə bağlı işıqlar bir anlıq sönüb. Bunun ardınca dərhal hər şey qaydasına düşüb, çünki Bakı Metropolitenində işıqların sönməsi halı baş verə bilməz. Belə olduğu təqdirdə generatorlar avtomatik işə düşür". Bu fikirləri SİA-ya açıqlamasında Metropoliten nümayəndəsi "28 May" metro stansiyasında işıqların sönmə səbəbindən danışarkən deyib.

Onun sözlərinə görə, işıqların sönməsi saytlarda yazıldığı kimi uzun müddətlik yox, heç 1 dəqiqə də çəkməyib: "Hazırda hər şey qaydasındadır və bütün qatarlar qrafikə uyğun olaraq hərəkətini davam etdirir".

Qeyd edək ki, bir neçə dəqiqə bundan əvvəl metronun "28 May" stansiyasında işıqlar sönmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə