Vergi hüquq pozmalarına qarşı mübarizə tədbirləri görülür

Vergi hüquq pozmalarına qarşı mübarizə tədbirləri görülür

2013-cü il ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cəmi 519 cinayət işi başlanıb. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, bu da ötən illə müqayisədə 102 iş çoxdur. Həmin cinayət işlərindən 212-si səyyar vergi yoxlamalarının nəticələri, 286-sı vergi borcunun ödənilməməsi, 15-i vergi nəzarəti tədbirlərinin nəticəsinə dair vergi orqanlarından, 6-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb.

Hesabat dövründə Departamentin İstintaq idarəsində icraatda olmuş cinayət işlərindən 383-nün ibtidai istintaqı tamamlayıb. Bu işlər üzrə cəmi 122 nəfər barəsində 124 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat dövründə 259 işin icraatına xitam verilmiş, 20 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 167 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilib. Qeyd edək ki, vergi hüquq pozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə