Dövlət Baytarlıq Xidməti cari ilin 11 ayının hesabatını açıqladı

"Cari ilin 11 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti fəaliyyətini "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun qarşıya qoyduğu tələblərə uyğun olaraq qurub". SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli belə deyib.

Onun sözlərinə görə, DBX respublika ərazisini təhlükəli ekzotik heyvan xəstəliklərindən qoruyub, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməməsi üçün planlı qaydada epizootiya əleyhinə spesifik və digər profilaktik tədbirləri aparıb: "Eləcə də, ölkəyə gətirilən heyvan və heyvan mənşəli məhsulların sanitar keyfiyyətinə Beynəlxalq Baytarlıq Məcəlləsinin tələblərinə uyğun nəzarət edilib. 2013-cü ilin 11 ayı ərzində qarayara xəstəliyinə görə 2 831 219 baş iribuynuzlu, 7 761 988 baş xırdabuynuzlu, 6833 baş donuzda və 101 454 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə görə A.O. Asiya 1 tipinə qarşı 4 973 081 baş iribuynuzlu heyvanlarda, A.O tipinə qarşı 3 160 251 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 247 577 baş itdə, Leptospiroza qarşı 883 145 baş iribuynuzlu heyvanda, 492 360 baş xırdabuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 8 455 956 baş davarda, həmçinin quşların nyukaslına qarşı 14 707 540 baş quşda H vaksini ilə, 1 9843 616 baş quşda La-Sota vaksini ilə profilaktik peyvəndləmə aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 2013-cü ilin 11 ayında 1 111 547 baş iribuynuzlu, 163 072 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq, baytarlıq laboratoriyalarında seroloji müayinə aparılıb, nəticədə 1155 baş iribuynuzlu, 300 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilib.

Xəstəlik aşkar edilmiş iri və xırdabuynuzlu heyvanlar brusellyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb. Xırdabuynuzlu heyvanlarda brusellyoz xəstəliyinə qarşı profilaktik məqsədlə Rev-1 vaksini ilə 1482124 baş heyvanda peyvəndləmə aparılıb. Bununla yanaşı, epididimit xəstəliyinə görə 85923 baş törədici qoç, vərəmə görə 536720 baş iribuynuzlu heyvan müayinə olunub". Mətbuat xidmətinin rəhbəri cari ilin 11 ayı ərzində ölkə üzrə idxal və ixrac olunan ət məhsullarının həcmini də açıqlayıb: "Bu ilin yanvar-noyabr ayları müddətində respublikamıza 2272 ton qaramal əti, 6494 ton camış əti, 11636 ton quş əti, 10020 ton balıq, 1250 ton quş əti sosiskası, 216 ton quş əti kolbasası, 1347 ton donuz əti, 713 ton donuz piyi, 243 ton süd, 10998 ton süd məhsulları, 5303 ton pendir, 2815 ton quru süd, 6259 ton qatılaşdırılmış süd, 4828 ton mayonez, 11936 ton kərə yağı, 186739092 ədəd damazlıq yumurta, 6454583 baş bir günlük cücə, 4333 ton xama, 53835 kq təbii bal, 3488 ton balıq konservası, 1923 ton it-pişik yemi və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunub. Həmin məhsullar Respublika Baytarlıq Laboratoriyasında bakteroloji, kimyəvi-toksikoloji, radioloji müayinələrdən keçirilmiş və qida üçün yararlılığı müəyyən edilərək istifadəyə verilib. Respublikamızdan 1084050 ədəd iribuynuzlu, 12860000 ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 1236737 kq mal əti konservası, 68105 kq qoyun, 19850 ton mal bağırsağı, 9521 kq dondurma, 604800 ədəd yumurta,31900 kq dondurulmuş balıq, 6 baş iş atı, 5767725 kq süd məhsulları, 1332208 kq kərə yağı və s. baytarlıq nəzarətində olan məhsullar ixrac edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə