"ARDNŞ və “Keppel Offshore” qiymətlərdə razılaşıblar"

"ARDNŞ və “Keppel Offshore” qiymətlərdə razılaşıblar"

"İlk ən böyük 6-cı nəsil qazma qurğusunun alt hissəsi artıq Gəmiqayırma zavodunda tikilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, 2015-ci ilin sonu - 2016-cı ilin əvvəlində şirkət tərəfindən qazma qurğusunun tikintisi başa çatmış olacaq: "Paralel olaraq artıq 2-ci qazma qurğusu haqqında danışıqlar gedir və düşünürəm ki, cari ilin sonuna qədər bu barədə qərar veriləcək. Məsələ ilə bağlı danışıqlar əsasən "Keppel Offshore" şirkətilə aparılır. Artıq qiymət məsələsində biz şirkətlə razılaşmışıq. "Keppel Offshore" şirkəti qazma qurğularının tikintisi sahəsində birincidir. Hazırda Azərbaycana dörd qazma qurğusu lazımdır. İndi ikincisinin tikintisi gedir. Üçüncü qazma qurğusunun da tikintisinə başlamaq ehtimalı var".

Bütün xəbərlər Facebook səhifəmizdə