Neft bahalaşır

Ötən gün Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,69 dollar və ya 0,7% artaraq 1 barelə görə 96,71 dollar təşkil edib. SİA-nın "Bloomberq" agentliyinə istinadən verdiyi məlumata görə, mayın 20-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,15 dollar və ya 0,2% artaraq 104,79 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə