Heydər Əliyev adına BNEZ-də neft emalı rekord həddə çatıb

Heydər Əliyev adına BNEZ-də neft emalı rekord həddə çatıb

Heydər Əliyev adına Bakı neft emalı zavodunda emal dərinliyi yüksək həddə çatdırılıb. SİA xəbər verir ki, zavodda fəaliyyətin optimallaşdırılması texnoloji qurğuların, xüsusilə təkrar emal proseslərinə aid katalitik krekinq və tədrici kokslaşma qurğularının gücündən səmərəli istifadə olunmasına imkan yaradıb. Nəticədə, emal prosesində əmələ gələn ağır və ucuz mazut resursunun qalıq komponentlərindən yüksək ödənişli neft məhsullarının istehsalını artırmaq mümkün olub. Belə ki, zavodda ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin emal dərinliyi 3,8% artırılıb və ilk dəfə olaraq rekord həddə-92%-ə çatdırılıb.

Qeyd edək ki, 2013-cü ilin birinci rübündə zavodda əmtəəlik neft məhsulları istehsalı üzrə plan 103,4% yerinə yetirilib. Zavodda istehsal proseslərinin yüksək səviyyədə idarə olunması məqsədi ilə mühüm tədbirlər həyata keçirilib, enerjinin, reagentlərin, kimyəvi təmizlənmiş suyun sərfinə nəzarət gücləndirilib, ilkin emaldan alınan açıq rəngli məhsulların çıxım faizi plan üzrə nəzərdə tutulduğundan çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə