2012-ci ilin altı ayında ölkədə iqtisadi artım tempi 1,5 faiz olub, qeyri-neft sektoru 11,3 faiz artıb. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Bundan başqa Elman Rüstəmov qeyd edib ki, 2012-ci ilin ötən dövrü ərzində bankın həm cari, həm də strateji fəaliyyəti ölkə iqtisadiyyatının dayanıqlı artımı və inkişafına yönəlmiş iqtisadi siyasətin hərtərəfli dəstəklənməsinə xidmət edib. Mərkəzi bank sədrinin hesabatında bildirib ki, qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 30,2 faiz böyüyüb: \"Xarici ticarət balansının profisiti 7 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları 44 milyard dolları ötüb. Bundan başqa makroiqtisadi sabitlik qorunub, orta illik inflyasiya cəmi 2,2 faiz təşkil edib. Mərkəzi Bank 639 milyon dollar həcmində valyuta sterilizasiyası həyata keçirib. Nəticədə manatın ABŞ dollarına qarşı məzənnəsi dövr ərzində cəmi 0,11 faiz möhkəmlənib. Bununla belə, manatın real məzənnəsi əlverişli səviyyədə qalıb, ilin əvvəlindən real ucuzlaşma tempi 1,5 faiz olub\".
Elman Rüstəmov qeyd edib ki, dünya maliyyə bazarlarında mövcud olan qeyri-stabilliyə baxmayaraq valyuta ehtiyatlarının təhlükəsiz və optimal idarə olunması təmin edilib, nağdsız ödənişlərin həcminin artması meyilləri davam edib, dövriyyədə olan kartların sayı 4 faiz, posterminalların sayı isə 1,7 dəfə artıb. Nağdsız ödənişlərin miqyasının stimullaşdırılması məqsədilə aidiyyatı qurumlar ilə birgə fəaliyyət davam etdirilib. Nağd pula olan tələbat vaxtında və tam ödənilib, emissiya altı ay ərzində 8,3 faiz artıb. Nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması və avtomatlaşdırılmış nağd pul mərkəzinin yaradılması üzrə fəaliyyət davam etdirilib. Mərkəzi Bankın fəaliyyətinin şəffaflığının daha da gücləndirilməsi istiqamətində də zəruri işlər görülüb, əhalinin maliyyə savadlığının artırılması üzrə mühüm tədbirlər həyata keçirilib.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB