Mövsümlə əlaqədar olaraq Göygöl rayonunda da taxıl biçininə start verilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Rayon İcra Hakimiyyəti Aparatının Aqrar məsələlər şöbəsinin xüsusi nəzarəti altında həyata keçirilən işlərdə fermerlərə lazımı köməkliklər olunur. Biçin üçün təxmiinən 30-a yaxın texnika ayrılıb. Buna baxmayaraq biçin işləri hazırda gecikir. Səbəb havaların yağmurlu keçməsidir.
Rayon üzrə əsasən yerli buğda növləri əkilib. Fermerlər deyir ki, yerli sortlar dağ şəraitində olan iqlimə daha tez adaptasiya olur və məhsuldarlıq da çox olur. Ümumiyyətlə, dövlət tərəfindən ayrılan dotasiyalar hesabına Göyöldə əsasən dənli bitgilərin əkininə üstünlük verilir.
Rəsmi statistikaya əsasən bu gün Göygöldə 10 117 ha ərazidə buğda, 7 112 ha ərazidə isə arpa əkilib. Orta hesabla hekatara 28 sentner məhsul gözəlnilir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB