Rusiya ilə Azərbaycan arasında 2,5 mln ton yük daşınıb

Rusiya ilə Azərbaycan arasında 2,5 mln ton yük daşınıb
\"Cari ilin beş ayı ərzində Rusiya ilə Azərbaycan arasında 2,5 mln ton yük daşınıb\". SİA-nın xəbərinə görə, bunu Rusiyanın nəqliyyat nazirinin müavini Valeriy Okulov deyib: \"2011-ci ildə bu göstərici 5,5 mln. ton təşkil edib. Yük daşınmasının böyük hissəsi avtomobil yollarının payına düşür. Həmçinin sərnişindaşımada da artım olub. Belə ki, 2011-ci ildə hava nəqliyyatı ilə sərnişindaşıma 21 faiz artaraq 694 min nəfər təşkil edib".

Onun sözlərinə görə, Azərbaycan Rusiya və İranın birgə işi olan Rəşt-Astara yolunun da Baltik dənizi ilə fars körfəzi arasında ən qısa yol olduğunu və 172 km təşkil etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə