Ekspert İlham Şaban “Nabucco”-nun gələcək perspektivinə bədbin baxır

Ekspert İlham Şaban “Nabucco”-nun gələcək perspektivinə bədbin baxır

Son vaxtlar "Nabucco" layihəsinin reallaşmasında dəyişiklik hiss olunur. Çünki "Nabucco" layihəsi ətrafında bir çox qeyri-müəyyənliklər mövcuddur, hansı ki, əhəmiyyət verməmək mümkünsüzdür. Eyni zamanda Xəzər regionundan, Rusiyadan yan keçərək Avropaya yanacaq çatdıracaq qaz kəmərinin dəyəri daim artır. Bütün bunların fonunda Macarıstan özünü sığortalamaq qərarına gəlib. Belə ki, Macarıstanın "MOL" neft-qaz şirkəti "Nabucco" qaz kəməri layihəsini tərk edir. Bunu bəyan edən ölkənin baş naziri Viktor Orba qeyd edib ki, Brüsseldə Avropa siyasi mərkəzində çıxış edərək layihənin çətinliklərlə qarşılaşdığını, bununla əlaqədar olaraq "MOL" şirkətinin də layihədən uzaqlaşır. Macarıstanın MOL şirkətinin "Nabucco" qaz kəməri layihəsində iştirak etməkdən imtina etməsi qərarını şərh edən Neft Araşdırmaları Mərkəzinin direktoru, enerji sahəsində analitik İlham Şabanın sözlərinə görə, layihənin qarşısındakı əsas problemlər texniki, iqtisadi və geosiyasi səbəblərdir. Çünki bu layihə ortaya çıxandan bəri onun mənbəyi qismində 4 əsas ölkə qaz ölkəsi düşünülürdü. Bunlardan əsası Azərbaycan, digərləri İran, İraq və Misirdir. Lakin illər ötdükcə - 2005-dən bu günə həm xərclər artır, həm də yuxarıda adları çəkilən ölkələrlə bağlı istər texniki-iqtisadi, istərsə də geosiyasi problemlər ortaya çıxır. Xüsusən də bu qaz resursunun olmamasıdır.

Layihənin gələcək perspektivlərinə gəlincə ekspert bədbin proqnozlar verib. O, qeyd edib ki, İran iqtisadi sanksiyaların tətbiqinə görə təchizatçı ola bilməyəcək. Türkmənistandan qazı nəql etmək üçün Xəzərin dibində boru kəmərinin quraşdırılması tələb olunur ki, bunun üçün də qonşularla razılığa gəlmək lazımdır. Beləliklə, yaxın zamanlarda tək perspektivli resurs bazası olaraq Azərbaycan qalır. 2017-ci ildə burada ildə 16 milyard kub metr qaz hasil edəcək Şah-Dəniz yatağının ikinci mərhələsi hazır olacaq. Lakin rəsmi Bakı yataqdan qazın nəqli üçün hansı marşrutun daha məqsədəuyğun olduğuna hələ qərar verməyib.

Ekspert deyir ki, "Nabucco" qaz kəməri layihəsinin həyata keçirilməsi üçün zəruri olan investisiyaların həcmi 7,9 mlrd. avro təşkil etməsi barəsində məlumat verilib. Lakin müstəqil ekspertlərin araşdırmasına görə, layihənin dəyəri 12-15 mlrd. avroyadək artırıla bilər. Qeyd edək ki, "Nabucco" layihəsinə əsasən, Yaxın Şərqin ölkələrindən ildə 31 milyard kub metr təbii qaz nəql edilməli Avropa Birliyinin Rusiya qazına olan asılılığını nisbətən azaltmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə