ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin fevral ayında dövlət büdcəsinə 91 milyon 953 min manat vəsait ödəyib. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, bu göstərici 2011-ci ilin fevral ayı ilə müqayisədə 15 milyon 956 min manat və ya 121 faiz çox olub.


Ümumiyyətlə, 2012-ci ilin yanvar-fevral aylarında büdcəyə 195 milyon 814 min manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon 980 min manat və ya 105,9 faiz çox olub.


Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 271 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin fevral ayına nisbətən 688 min manat və ya 106,5 faiz çox olub. Ümumiyyətlə, 2012-ci ilin yanvar-fevral aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 23 milyon 718 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 429 min manat və ya 116,9 faiz çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə