“Qara qızıl” ucuzlaşıb

Neft yenidən ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 3,77 dollar və ya 3,7 faiz azalaraq 1 barelə görə 98,82 dollar təşkil edib.

ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,66 dollar və ya 3,3 faiz azalaraq 108,22 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə