Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı

Bakının Sabunçu rayonunda

- Bakıxanov qəsəbəsində İlqar Hüseynova, Bəfa Cəfərova, Vəliyəddin Xudatova məxsus mağazalarda və \"Vedi market\"də; - Fətəliyev küçəsi, 46 ünvanında Faiq Quliyevə məxsus mağazada; - S. Hüseyn küçəsində Fərid Məmmədova və Flora İsgəndərovaya məxsus mağazalarda; - Ə.Məmmədəliyev küçəsində Ramiz Əzizova və Kamil Məmmədova məxsus mağazalarda; - Yeni Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 18 ünvanında Turqay Qəribova məxsus mağazada; - Sabunçu qəsəbəsi, Mayakovski küçəsi, ev 8 ünvanındakı \"Aydın market\"də;

Suraxanı rayonunda

- Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ev 283 ünvanında Nəriman İsyaevə məxsus mağazada;

Qusar rayonunda

- Quxuroba kəndində Həmzə Laçınova məxsus mağazada;

Gəncə şəhərində

- N.Nərimanov prospektində Eyvaz Rəsulova məxsus mağazada; ümumi çəkisi 150 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə