Azərbaycan və Türkiyə 2018-ci ilədək qazın qiyməti haqqında razılıq əldə ediblər

Azərbaycan və Türkiyə 2018-ci ilədək qazın qiyməti haqqında razılıq əldə ediblər

"Şahdəniz" yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində Türkiyəyə tədarük olunacaq qazın qiyməti 2018-ci ilədək dəyişməz qalacaq. SİA-nın "Milliyyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, Azərbaycanla aparılmış ikitərəfli danışıqların yekunu üzrə müvafiq razılıq əldə edilib. T.Yıldız tərəflərin razılaşdırdığı qiyməti konkret şəkildə bildirməsə də, onun regionda ən sərfəli olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə