Paşa Bank 2011-ci ilin ilk altı ayı üçün maliyyə nəticələrini açıqladı

Paşa Bank 2011-ci ilin ilk altı ayı üçün maliyyə nəticələrini açıqladı

Məcmu kapitalına(141,887,194 AZN) görə, ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyan Paşa Bank 2011-ci ilin ilk altı ayı üçün maliyyə nəticələrini açıqladı. SİA-nın xəbərinə görə, bankın aktivləri keçən ilə nisbətən azalaraq 496,188,298 AZN olub. Hal-hazırda bankın aktivlərinin bölgüsü belədir:

-qiymətli kağızlar portfeli-43%

-müştərilərə verilmiş kreditlər-41%

-kredit təşkilatlarından alınacaq vəsait-7.2%

-nağd pul vəsaitləri və ona ekvivalent vəsaitlər-6.4%

Aktivlərin qalan hissəsini isə dövriyyə və dövriyyədənkənar aktivlər təşkil edir.

Ölkənin kredit bazarında durğunluğun yaşadığı bir vaxtda beynəlxalq bizneslə məşğul olan Azərbaycan şirkətlərinin kreditə olan tələbatını artdığı bir dönəmdə Paşa Bank öz müştəriləri ilə uğurlu əməkdaşılq qurmuş və çətin zamanda kiçik və orta sahibkarlara dəstək olub.

Bankın hal-hazırda kredit portfeli 10% artaraq 215,733,775 AZN olub. 2010-cu ildə isə bu rəqəm 196,081,000 AZN olub. Bundan savayı bankın faiz gəliri 17,399,040 Azn təşkil edib. Bankın ticarəti maliyyələşdirilməsi portfeli post-maliyyələşdirmə də daxil olmaqla 2011-ci ilin ilk 6 ayı ərzində ötən illə müqayisədə 22% artıb, yəni 45,333,112 AZN təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə