Bu ilin yanvar-may aylarında Azərbaycanda 20 milyard 935,2 milyon kubmetr təbii qaz hasil edilib.
SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 16 milyard 305,2 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,1 %, əmtəəlik qaz hasilatı isə 0,7 % artıb.
Ötən 5 ayda Azərbaycanda 11 milyon 060,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 11 milyon 033,1 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə olaraq 3,3 % % azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB