Moldovanın Xarici İşlər Nazirliyinin dövlət katibi Sergey Mixov və Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.
SİA-nın məlumatına görə, bu barədə Moldova Xarici İşlər Nazirliyi xəbər yayıb. Görüşdə tərəflər Moldova-Azərbaycan münasibətlərinin müsbət dinamikasını qeyd edərək, ikitərəfli gündəliyin prioritet məsələlərini nəzərdən keçiriblər.
"Müzakirələrdə bu il ikitərəfli səfərlərin koordinasiyası, həmçinin Kişinyovda nazirliklərarası siyasi məsləhətləşmələrin növbəti raundu və ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının təşkilinə xüsusi diqqət yetirilib", – məlumatda vurğulanır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB