Azərbaycanda kənd təsərrüfatının növbəti dəfə siyahıyaalınmasına başlanılıb
Bu gündən Azərbaycanda kənd təsərrüfatı subyektlərinin genişmiqyaslı siyahıyaalınmasına başlanılıb. SİA-nın məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
"Siyahıyaalınma aqrar sahənin səmərəli idarə olunması və uzunmüddətli inkişaf strategiyalarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Proses kənd təsərrüfatında şəffaflığı artırmaqla yanaşı, həm də qərarvermə mexanizmlərinin təkmilləşdirilməsinə və aqrar sahədə innovativ yanaşmaların tətbiqinə əsas yaradacaq", - deyə o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə