“Qeyri-neft sektorunun inkişafı məsələsi daim prioritetdir“ - POLİTOLOQ DANIŞDI

“Qeyri-neft sektorunun inkişafı məsələsi daim prioritetdir“ - POLİTOLOQ DANIŞDI

“Neftdən asılılığı aradan qaldırmaq və bu asılılığa son qoymaq üçün dövlət tərəfindən çox mühüm addımlar atılır. Ölkə başçısı İlham Əliyevin qeyri-neft sektorunun inkişafı məsələsi daim prioritetdir. Xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra bu sahə seçilir və aktuallıq kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, qeyri-neft sektorunun inkişafı ölkəmiz üçün hazırki reallıqda müstəsna əhəmiyyətə malikdir: “Belə ki, həm sənayeləşmənin inkişafı, həm yüngül sənaye, kənd təsərrüfatı, turizm və bu kimi sahələr daha da inkişaf etməlidir. Həmçinin tikinti sektorunda da xüsusi canlanma hiss olunur.
Eyni zamanda COP29 konfransı alternativ və bərpaolunan enerji sahəsinə diqqəti bir qədər də artıracaq. Kiçik və orta biznesə meyl edən investorlar bu sahəni daim diqqətdə saxlamalıdır. Digər tərəfdən informasiya və kommunikasiya imkanları sahəsindən də dünyada əldə olunan gəlirlər kifayət qədər yüksəkdir. Eyni zamanda bu sahənin inkişafı və yerli rəqabətə davamlı məsulların ixracatı, həm də ölkəmizə valyuta gətirəcək. Çalışmaq lazımdır ki, neft-qaz ilə yanaşı digər sahələrdə də Azərbaycan həm daxili bazarı təmin etsin, həm də xaricə məsula çıxara bilsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə