“Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatımıza mühüm töhfə verəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatımıza mühüm töhfə verəcək” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövlət büdcəsi hesabına layihələrin reallaşdırılmasını həyata keçirir. Eyni zamanda bu bölgələrimizə xarici və yerli sərmayənin cəlb edilməsi də prioritet olaraq qalmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, fərqli sektorlarda, o cümlədən sənayedə, aqrar sektor və turizmdə iqtisadiyyatın formalaşması və reinteqrasiyası əsas hədəflərdəndir: “Bu hədəflərə nail olmaq üçün də bu gün infrastrukturun reallaşdırılması və dövlət tərəfindən dəstəklənməsi həyata keçirilir. Bu baxımdan artıq biz çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın çox fərqli sektorlarında icra edilən layihələri müşahidə edəcəyik. Artıq kənd təsərrüfatında bu istiqamətdə mühüm işlər görülüb. Turizmlə bağlı olaraq da müraciətlərin sayı çoxdur. Bu isə ondan xəbər verir ki, çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatına mühüm töhfə verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə