Azərbaycan ixracatçılarının nəqliyyat problemlərinin həlli müzakirə edilib - FOTOLAR

Azərbaycan ixracatçılarının nəqliyyat problemlərinin həlli müzakirə edilib - FOTOLAR

Azərbaycan ixracatçılarının yeni bazarlara çıxışı prosesində yaranan nəqliyyat problemlərinin həlli müzakirə edilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) SİA-ya verilən məlumata görə, bu barədə müzakirələr "Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə ixracatçılar arasında keçirilən görüşdə aparılıb.

Görüşə hər iki tərəfdən ümumilikdə 50-yə qədər iştirakçı qatılıb.

Tədbirdə nəqliyyat-ekspeditor xidmətləri sahəsində ixracatçıları maraqlandıran məsələlər, habelə ixracın diversifikasiyası məqsədilə yeni bazarlara çıxış prosesində yaranan nəqliyyat problemlərinin həllinə dair fikir mübadiləsi aparılıb. Bundan başqa, dəniz yolu ilə malların nəqli, o cümlədən tez xarab olan məhsulların Avropa bazarlarına sürətli çatdırılması məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə