Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Sözümüzün Ali Baş Komandanı” adlı yeni seçilmiş məqalələr kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəfis şəkildə nəşr olunub. Mərkəzdən SİA-ya bildirilib ki, kitabda alimin müasir ictimai-siyasi məzmunlu “Ümummilli Lider və ümumtürük mədəni irsi”,
“Azərbaycan Prezidentinin xalqa müraciətlərində ana dilinin Vətən müharibəsi”, “Sözümüzün Ali Baş Komandanı, “ADA-nın töhfəsi, yaxud Amerika araşdırıcısının kitabı Azərbaycan dilində”, “Leyla Əliyevanın şeirləri yeni tərcümədə” məqalələri, habelə, türkologiya, dilçilik, ədəbiyyatşünaslıq, ədəbi-tənqid mövzusunda son illərdə yazmış olduğu bir sıra əsərləri toplanıb.
Nəşrin redaktoru Dəyanət Osmanlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB