Rəssamlar üçün beynəlxalq poster müsabiqəsi açıq elan olunub

Varşava İncəsənət Akademiyasının təşkilatçılığı ilə Varşavada keçiriləcək 27-ci “Beynəlxalq Poster Biennale” müsabiqəsi açıq elan edilib. SİA-nın məlumatına görə, 1966-cı ildən etibarən keçirilən müsabiqənin məqsədi dünyanın müxtəlif yerlərindən rəssamların dizayn etdiyi posterlərin icmalını ictimaiyyətə təqdim etməkdir.

Əsas müsabiqəyə təqdim edilən afişalar ayrı-ayrılıqda bir rəssam tandemi, bir sənət qrupları tərəfindən və ya qrafik, dizayn, brend araşdırmaları və s. formasında təqdim edilə bilər. Müsabiqə açıq olduğundan mövzu məhdudiyyəti yoxdur.

Qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumat əldə etmək üçün bu linkdən- https://warsawposterbiennale.com/en/2020/12/31/dear-artists-poster-art-lovers-and-friends/ istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə