“Kitabxanaçı tövsiyə edir” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabxanaçı tövsiyə edir” layihəsi çərçivəsində Fyodor Dostoyevskinin “Stepançikovo kəndi və sakinləri” povesti haqqında videoçarx hazırlayıb. İdarədən SİA-ya bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında izləyicilərə təqdim edilib.

Videoçarxda Fyodor Dostoyevski “Stepançikovo kəndi və sakinləri” povesti haqqında məlumat verilib. Bildirilib ki, əsər 1859-cu ildə “Отечественные записки” jurnalında, bir il sonra isə kitab şəklində çap olunub. Yazıçının ölümündən sonra povest populyarlıq qazanıb, Foma Fomiç isə məşhur ədəbi qəhrəmana çevrilib.

Əsərin baş qəhrəmanı istefada olan polkovnik Yeqor İlyiç Rostanyev xeyirxah, alicənab bir insandır, amma yumşaq xarakterə malik olduğundan çox tez təsir altına düşür. O, gözlənilməz halda Stepançikovo malikanəsini miras olaraq alır və uşaqları, eləcə də yaşlı anası Kraxotkina ilə oraya köçür. Dul qadın Kraxotkina himayə etdiyi Foma Fomiçi də malikanədə onlarla birlikdə yaşamağa dəvət edir. Öz evində ürəyi istədiyi kimi yaşaya bilməyən Yeqor İlyiç isə hətta sevdiyi qadına belə ürəyini açmaq ixtiyarına sahib deyil…

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...