İsa Hüseynov yaradıcılığı “Dünya novellası antologiyası”nda

Gürcüstan Ədəbi Tərcümə Assosiasiyası (“Literary Translators Association of Georgia”) Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun gürcü dilinə tərcümə edilmiş “Bir az romantika” hekayəsini elektron kitabxanasına yerləşdirib.

Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, hekayə eyni zamanda təşkilatın nəşrə hazırlanan “Dünya novellası antologiyası”na daxil edilib.

Əsəri gürcü dilinə tanınmış Azərbaycan yazıçısı, gürcü dili üzrə tərcüməçi İmir Məmmədli çevirib.

Bütün xəbərlər Facebook səhifəmizdə