Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev infarkt keçirib. SİA-nın məlumatına görə, bu haqda Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, E.Quliyev hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib.
Ötən gün infarkt keçirən rejissorun sözügedən xəstəxananın kordiloji şöbəsinə aparıldığı deyilib. Vəziyyəti qənaətbəxş olan kinorejissor insanları tanımaqda çətinlik çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB