Qarabağ müharibəsi qazilərin döyüş yolundan bəhs edən film çəkilib

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Müharibə əlillərinin tanıdılması ilə bağlı təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində “Üç qazi, üç tale” sənədli filmi çəkilib.

SİA-nın məlumatına görə, film Qarabağ döyüşlərində ağır yaralanaraq 1-ci qrup Qarabağ əlili olmuş üç şəxsin keçdikləri ömür yolundan bəhs edir. Çəkilişlər Bakı və Gəncə şəhərlərində aparılıb.

Filmdə qazilərin şərəfli döyüş yolundan, ağır yaralanmalarına baxmayaraq həyat eşqlərinin böyük olmasından söz açılır.

Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin məsləhətçisi və ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...