“Şəhərin qış gecələri” tamaşası onlayn göstəriləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan “Şəhərin qış gecələri” adlı tamaşa yanvarın 19-da saat 18:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş ediləcək.

Teatrdan SİA-ya bildirilib ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.

Səhnə əsərində sənət ocağının tanınmış aktyorları çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...