“Mənim ağ göyərçinim” tamaşası onlayn göstəriləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa yanvarın 18-də saat 18:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə onlayn nümayiş ediləcək.

SİA-nın məlumatına görə, səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə