Qarabağda ilk növbədə hansı abidələr bərpa ediləcək?

"Hazırda altı rayon üzrə məlumatlar əldə edilib. Bu günə olan məlumata əsasən, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkarlanıb".

SİA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib. Onun sözlərinə görə, eyni zamanda, 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib:

"Onlardan 195-i Şuşada yerləşir. Hazırda nazirlikdə bununla bağlı yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur.

Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq".

Nazir vurğulayıb ki, bərpa işləri Şuşa şəhərində başlayacaq:

"Bildiyiniz kimi, Şuşa şəhəri minalardan da təmizləndi, orada mina yoxdur, digər tərəfdən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib.

Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin dediyim kimi, həmin rayonlarda ilk növbədə minalardan tam təmizlənmə aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...