Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçirilib

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçirilib.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, qurumun rəhbəri Qalib Qasımovun iştirakı ilə baş tutan görüş bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən layihə rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdırlması və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra bilməsi üçün nəzərdə tutulur.

Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş "Zoom" proqramı vasitəsilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə