“Netflix” bu il fəaliyyətini daha da artırıb

Amerikanın yayım şirkəti “Netflix” 2021-ci ildə hər həftə öz platformasında yeni filmlər buraxacağını açıqlayıb. SİA-nın məlumatına görə, bu barədə “Netflix” platformasından bildirilib.

Məlumatda qeyd olunub ki, şirkət fəaliyyətini daha da artırıb: “Bu ilin siyahısı bütün kino həvəskarlarını nəinki təəccübləndirəcək həm də sevindirəcək. Belə ki, qarşıda mükafat almış rejissorların çəkdiyi filmlərin nümayişi olacaq, eyni zamanda siyahıda Ceyn Kempionnun “The Power of the Dog”, Paolo Sorrentinonun “Hand of God” və Adam Makkeyin “Don’t Look Up” kino əsərləri yer alacaq. “Netflix” hər həftə məşhur ulduzların iştirakıyla yeni ekran əsərlərilə izləyicilərin qarşısına çıxacaq”.

Qeyd edək ki, “Netflix” artıq 70-ə yaxın kinofilmlərin adlarını açıqlayıb. Anonsu verilmiş filmlərdə rol alan məşhur aktyorlar sırasında Leonardo Di Kaprio, Sandra Bullok, Meril Strip, Cennifer Lourens, Qal Qadot, Ceyk Cillenxol, Rayan Reynolds və başqalarını görmək olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə