“Şəhidlik şərəf, qeyrət zirvəsidir” adlı videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Şəhidlik şərəf, qeyrət zirvəsidir” adlı videoçarx hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videoçarx Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizə həsr olunub.

Videoçarxda qeyd edilir ki, hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub. Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxıb. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid olub.

Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda son illər daha çox kitablar nəşr olunmasının özü də bu amala xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə